Modern.az

Ötən gün 15 mindən çox vətəndaşa vaksin vurulub

Ötən gün 15 mindən çox vətəndaşa vaksin vurulub

Aktual

22 Aprel 2021, 18:00

Azərbaycanda son sutkada 15077 nəfərə koronavirus (COVID-19) əleyhinə vaksin vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 9205 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 5872 nəfərdir.

 

Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 1 381 967  nəfərə COVID-19 əlyehinə vaksin vurulub.

 

Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 917877 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 464090 nəfərdir.

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə