Modern.az

Zabratda iki piyada keçidində işıqfor quraşdırıldı

Zabratda iki piyada keçidində işıqfor quraşdırıldı

Aktual

22 Aprel 2021, 20:15

Paytaxtda piyadaların iştirakı ilə ən çox yol-nəqliyyat hadisələrinin baş verdiyi yollardan biri olan Zabrat yolundakı iki piyada keçidində xüsusi düymə ilə idarə olunan yeni işıqfor obyektləri quraşdırılıb.

 

Bu barədə Modern.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

 

Qeyd edilib ki, yaxınlıqda sıx məskunlaşmanın, ictimai-iaşə obyektlərinin, xəstəxanaların və məktəblərin olduğunu nəzərə alaraq, piyadaların, o cümlədən əlilliyi olan şəxslərin rahatlığını və təhlükəsizliyini təmin etmək məqsədilə:

 

- Piyada keçidlərində panduslar inşa edilib;

- Pandusların üzərinə hiss ediləbilən döşəmələr yerləşdirilib;

- Svetofor obyektlərinə çağırıcı qurğular yerləşdirilib.

 

Bildirilir ki, görülən işlər həmin yol sahələrində yol hərəkəti təhlükəsizliyi səviyyəsini artırmaqla yanaşı, həm də piyadaların rahat hərəkətinə şərait yaradacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə