Modern.az

Bakıda ağır QƏZA: körpünü yuyan fəhləni maşın vurub öldürdü

Bakıda ağır QƏZA: körpünü yuyan fəhləni maşın vurub öldürdü

Aktual

23 Aprel 2021, 08:48

Bakının Nərimanov rayonunda ağır yol qəzası baş verib, 1 nəfər ölüb.

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib.

Belə ki, Nurlan Hüseynov idarə etdiyi “Hyundai” markalı nəqliyyat vasitəsilə yol kənarında körpünün yuyan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) əməkdaşı Nizami Məmmədovu vurub. 

 

Daha sonra "Hyundai" yol kənarında körpünü yuyan “İveco” markalı yük maşınına çırpılıb. N.Məmmədov hadisə yerində ölüb.  

Avtomobilin sürücüsü Nurlan Hüseynov, Elçin adlı sərnişin və AAYDA-nin əməkdaşı Elnur Ağayev ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə