Modern.az

Qazilər “YAŞAT” Fondunun işindən DANIŞDILAR

Qazilər “YAŞAT” Fondunun işindən DANIŞDILAR

Aktual

23 Aprel 2021, 09:15

“YAŞAT” Fondu tərəfindən ağır vəziyyətdə Türkiyəyə göndərilən daha 2 qazimiz müalicə-müayinə olaraq vətənə qayıdıb.

Hazırkı vəziyyətləri ilə bağlı Modern.az-a danışan qazilər Kamil Hüseynov və Ramin Əliyev “YAŞAT” Fondu tərəfindən onlara göstərilən qayğı və diqqətə toxunublar.


Ramin Əliyev “YAŞAT” Fondundan razıdır və təşəkkür edib:


“Əvvəlkinə nisbətən vəziyyətim orta dərəcədə yaxşıdır. Davamlı olaraq reabilitasiyaya ehtiyacım var, vaxtlı-vaxtında reabilitasiyam olsa, daha da yaxşılaşacam. “YAŞAT” Fondundan və göstərilən qayğıdan razıyam. Bu işlərdə əməyi keçən hər kəsə təşəkkür edirəm”.


Kamil Hüseynov Modern.az-a söyləyib ki, bütün  dövlət  qurumlarının “YAŞAT” Fondu kimi təmiz və operativ xidmət göstərməyini istəyərdi:

“Öncəki vəziyyətimdən daha yaxşıyam, amma yenə reabilitasiya olmalıyam. Yaxın günlərdə “YAŞAT”  Fondu tərəfindən əlaqə saxlanılacaq və Bakıdakı reabilitasiya mərkəzinə yönləndiriləcəm. Diqqət və qayğı yüksək səviyyədə  təşkil olunmuşdu. Ən yaxşı xəstəxanada əməliyyat olundum,  reabilitasiya olunduğum mərkəz də olduqca yaxşı idi. Yüksək səviyyəli bu qayğı üçün  cənab Prezidentə və “YAŞAT” Fonduna minnətdarlığımı bildirirəm. Yaxşı olardı ki, bütün dövlət qurumları xalqımıza “YAŞAT” Fondu kimi təmiz və operativ xidmət göstərsin”.


Humay İsgəndərova

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə