Modern.az

Ərdoğan Baydenlə danışdı

Ərdoğan Baydenlə danışdı

Aktual

23 Aprel 2021, 22:32

ABŞ Prezidenti Co Baydenlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

 

Qeyd edilir ki, dövlət başçıları iyunda Brüsseldə NATO sammiti çərçivəsində görüşməyi razılaşdırıblar.

 

"ABŞ prezidenti əməkdaşlığın geniş spektri ilə və fikir ayrılıqlarının effektiv nizama salınması ilə konstruktiv münasibətlərdə marağını ifadə etdi. Liderlər ikitərəfli və regional məsələlərin bütün dairəsinin müzakirəsi üçün iyunda NATO sammitində təkbətək görüş keçirməyi razılaşdırdılar", - Ağ Evdən bildirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə