Modern.az

Milli Qəhrəmanın oğlu nazirlikdəki işindən ayrıldı

Milli Qəhrəmanın oğlu nazirlikdəki işindən ayrıldı

Aktual

24 Aprel 2021, 09:00

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat katibi Ceyhun Əsgərov işindən ayrıldığını bildirib.

 

Modern.az xəbər verir ki, C.Əsgərov yeni layihə üzərində çalışdığını açıqlayıb.

 

Qeyd edək ki, Ceyhun Əsgərov 2003-2011-ci illərdə ANS teleradio şirkətində müxtəlif vəzifələrdə çalışıb. Sonralar “Araz” radiosunda siyasi şərhçi, “Türk El” telekanalında baş direktor, CBC kanalında “Xəbərlər” redaksiyasının direktoru, 2015-ci ildə isə “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat katibi, www.aznews.az və www.novosti.az. İnformasiya portallarının baş redaktoru olub.

 

O, şəhid Milli Qəhrəman Salatın Əsgərovanın oğludur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə