Modern.az

Türkiyənin təhsil naziri Azərbaycana gələcək

Türkiyənin təhsil naziri Azərbaycana gələcək

24 Aprel 2021, 10:24

Türkiyə Təhsil naziri Ziya Selcukun Azərbaycana səfəri gözlənilir.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Təhsil Nazirliyi məlumat yayıb.

 

Nazirlikdən bildiriblər ki, səfərin yaxın zamanda baş tutacağı gözlənilir və hal-hazırda nazirin Azərbaycana səfəri üçün hazırlıq işləri aparılır.

 

“Səfər zamanı Türkiyə və Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq başda olmaqla, tələbə mübadiləsinin artırılması məsələləri də müzakirə olunacaq”- deyə nazirlikdən bildiriblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə