Modern.az

MSK-nın yeni tərkibi bu tarixdə TƏSDİQLƏNƏCƏK

MSK-nın yeni tərkibi bu tarixdə TƏSDİQLƏNƏCƏK

Aktual

24 Aprel 2021, 11:15

Mərkəzi Seçki Komissiyasının yeni tərkibi aprelin 27-də təsdiq ediləcək.

 

Modern.az-ın məlumatına görə, Milli Məclisinin aprelin 27-də keçiriləcək plenar iclasının gündəliyinə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi məsələsi daxil edilib.

 

Qeyd edək ki, bu ay MSK üzvlərinin səlahiyyət müddəti bitdiyindən Komissiya yenidən formalaşdırılır. Komissiya ənənəvi qaydada 18 nəfərdən ibarət olacaq. Həmin şəxslərdən 6 nəfəri hakim Yeni Azərbaycan Partiyasını (YAP), 6 nəfər bitərəf deputatları, 6 nəfər isə parlamentdə azlıqda olan partiyaları təmsil edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə