Modern.az

Ermənistanda virusdan ölənlərin sayı 4 mini ötdü

Ermənistanda virusdan ölənlərin sayı 4 mini ötdü

Aktual

24 Aprel 2021, 11:30

Ermənistanda son sutkada koronavirusa 764 yoluxma qeydə alınıb.

 

Modern.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

 

Bununla da Ermənistanda virusa yoluxanların sayı 212 878-ə çatıb.

 

Məlumata görə, ölkədə son sutkada daha 17 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 4 001 nəfərə yüksəlib.

 

Koronavirusa yoluxan 193 360 nəfər sağalıb. Hazırda 14 517 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə