Modern.az

Meşədə meyiti tapılan gəncin ölüm səbəbi müəyyən olundu

Meşədə meyiti tapılan gəncin ölüm səbəbi müəyyən olundu

Aktual

24 Aprel 2021, 18:48

Qubada çöllük ərazidə meyiti tapılan Püstəqasım kənd sakini Zakir Cabir oğlu Hacəliyevin ölümünə ürək tutmasının səbəb olduğu deyilir.

 

Modern.az-ın əldə etdiyi məlumata görə, mərhum ötən gün meşə soğanı-pəl yığmaq üçün çölə gedib və gecə geri qayıtmayıb. Ruhi xəstə olan Zakir Hacəliyevdən narahat olan ailə üzvləri onu axtaranda çöllük ərazidə ölmüş halda tapıblar. Dərhal polis və prokurorluq əməkdaşları məlumatlandırılıb.

 

Hadisə yeri müayinə olunub. Meyit tibbi ekspertiza edilib. Ölümün ilkin səbəbi ürək tutması deyilsə də, bu, ekspertizanın rəyindən sonra məlum olacaq.

 

Faktla bağlı Quba rayon prokurorluğunda araşdırma aparılır.

 

Aytəkin Alxaslı

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə