Modern.az

Koordinasiya Şurası İsveç hökumətinə müraciət etdi

Koordinasiya Şurası İsveç hökumətinə müraciət etdi

Aktual

24 Aprel 2021, 20:23

İsveç Azərbaycanlılarının Koordinasiya Şurası İsveçin Xarici İşlər Nazirinə, Birləşmiş Millətlərin İsveç nümayəndəliyinə və ATƏT-ə bəyanat göndərib.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, bəyanatada  bildirilir ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində Ermənistan 30 ilə yaxındır ki, qəsdən çoxsaylı minalar yerləşdirib.

 

Azərbaycanın azad edilmiş ərazilərində  Ermənistan silahlı qüvvələrinin yerləşdirdiyi minalara görə mülki və hərbçi azərbaycanlılar həyatını itirir, xəsarət alır. Bəyanatda bildirilib ki, Ermənistan minalanmış ərazilərin xəritəsinə malik olsa da xəritəni vermək istəmir.

İsveç hökumətinə minalanmış ərazilərin xəritəsinin Azərbaycana təhvil verilməsinə dəstək göstərməsi ilə bağlı çağırış edilib.  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə