Modern.az

Lukaşenkonun kortejinə hücum planlaşdırılıb - Prezident özü açıqladı

Lukaşenkonun kortejinə hücum planlaşdırılıb - Prezident özü açıqladı

Aktual

24 Aprel 2021, 20:57

Belarusda dövlət çevrilişi planlaşdıranlar bir neçə ssenarini, o cümlədən 9 May paradında dövlət başçısına sui-qəsdi, avtomobil kortejinə və ya şəhərin kənarında yerləşən iqamətgaha hücumu nəzərdən keçiriblər.

 

Modern.az “BelTA”ya istinadla xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

 

Qeyd edək ki, Lukaşenko 17 aprel tarixində ona və övladlarına qarşı sui-qəsd hazırlayan bir qrup şəxsin tutulduğunu bildirib. Prezident sui-qəsddə ABŞ-ın xüsusi xidmət orqanlarını ittiham edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə