Modern.az

“1915-ci il hadisələrində soyqırım izi axtaranlar türk millətinə düşmənçilik edənlərdir”

“1915-ci il hadisələrində soyqırım izi axtaranlar türk millətinə düşmənçilik edənlərdir”

Aktual

24 Aprel 2021, 22:12

“Tarixin siyasətçilər tərəfindən sui-istifadə və inkaretmə vasitəsinə çevrilməsi sivilizasiyalarla millətlər arasındakı uçurumu dərinləşdirməklə yanaşı, nəsillərin qütbləşməsinə də yol açacaqdır. Bunun heç kimə və heç bir ölkəyə xeyri olmayacaq”.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) başqanı, millət vəkili Dövlət Baxçalı özünün tvitter hesabında yazıb.

 

MHP lideri qeyd edib ki, 1910-cu illərdə erməni dəstələri vəhşiliklə uşaq, qadın və yaşlı demədən Anadolu coğrafiyasının hər yerində şiddət tətbiq edərək xain və vəhşi bir terror əməliyyatı icra ediblər:

 

“1915-ci il hadisələri kürəyindən xəncər saplanan bir imperatorluğun təbii refleksi, doğru bir qərarı, tarazlı addımı idi. Üstəlik, deportasiya o dövrdə milli təhlükəsizlik üçün məcburi bir seçim idi. Burada soyqırımı izi axtaranlar türk millətinə düşmənçilik edən dairələrdir”.

 

Dövlət Baxçalı bildirib ki, Baydenin skandal və ağılsız açıqlamasıyla Türkiyə-ABŞ əlaqələri bundan sonra tamamilə başqa bir mühitə sürüşmə riski daşımaqdadır:

"Dostluq və strateji bağlar qurduğu bir ölkəyə soyqırım kölgəsi salmağa çalışan bir zehniyyətlə yəqin ki, heç bir şey əvvəlki gimi olmayacaq".

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə