Modern.az

Yevlaxda məktəbliləri maşın vurdu - biri öldü

Yevlaxda məktəbliləri maşın vurdu - biri öldü

Aktual

24 Aprel 2021, 23:32

Yevlax şəhərində iki piyadanın vurulması nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, "VAZ-21015" markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən iki məktəblini vurub.

 

Ağır xəsarətlər alan məktəblilər xəstəxanaya yerləşdiriliblər.

 

Lakin onlardan biri, Yevlax rayon sakini, 2009-cu il təvəllüdlü Şahverdili Zəhra Elbrus qızının hayatını xilas etmək mümkün olmayıb. Digər məktəblinin müalicəsi davam etdirilir.

 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır (report).

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə