Modern.az

“Türk xalqını saxta ittihamlarla zəif düşürmək mümkün deyil” - Fatma Yıldırım

“Türk xalqını saxta ittihamlarla zəif düşürmək mümkün deyil” - Fatma Yıldırım

Aktual

24 Aprel 2021, 23:40

“Bu gün ABŞ prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə bağlı "soyqırımı" ifadəsini işlətməsi çox böyük təəssüf doğurur. Bu ədalətsiz bəyanatı qınayırıq”.

 

Bunu Modern.az-a Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

 

Deputat bildirib ki, 1915-ci ildə əslində türklər soyqırıma məruz qalıb: “Ermənilər xalqımıza qarşı da dəfələrlə kütləvi qırğınlar törədiblər. Bu danılmaz həqiqətdir. Bizlərə qarşı tarix boyunca soyqırım törədildiyi halda, uydurma erməni soyqırımının Qərb dövlətləri tərəfindən gündəmdə saxlanılması yalnız siyasi məqsədlərə xidmət edir. Ermənilərin uydurma iddiaları həmin ölkələr tərəfindən bir alət kimi istifadə olunur. Amma tarixi saxtalaşdırmaq mümkün deyil!”.

 

F.Yıldırım əlavə edib ki, Türkiyə dövləti rəsmi olaraq həmin dövrlə bağlı arxivlərin açılmasını, ortaq komissiyanın yaradılmasını illər öncə təklif edib:

 

“Ermənistan isə arxivlərin açılmasından imtina edib. Bu fakt erməni riyakarlığının nümunəsidir. Uydurma "erməni soyqırımı"nın bəzi dövlətlər tərəfindən tanınması türkofobiyanın göstəricisidir. Məqsəd bu uydurma məsələdən Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə etməkdir. Azərbaycan hər zaman olduğu kimi bu gün də qardaş Türkiyənin yanındadır! Böyük türk xalqını bu cür saxta ittihamlarla zəif düşürmək mümkün deyil”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə