Modern.az

Şəkidə avtomobil çaya düşdü - FOTO

Şəkidə avtomobil çaya düşdü - FOTO

25 Aprel 2021, 00:48

Şəki şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə axşam saatlarında şəhər ərazisində qeydə alınıb.

 

Şəki sakini, 1982-ci il təvəllüdlü Əfqan Nəsirov idarə etdiyi “VAZ-2106” markalı avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil Qurucana çayına düşüb. Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Şəki bölməsinin xilasediciləri və təcili yardım briqadası cəlb edilib.

Sürücü xilasedicilər tərəfindən avtomobildən çıxarılıb və Şəki rayon Mərkəzi Xəstəxanasına aparılıb.

 

Faktla bağlı araşdırma aparılır (report).

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə