Modern.az

Hulusi Kılıç: “ABŞ Administrasiyası 300 milyonluq türk dünyasına qarşı çıxdı”

Hulusi Kılıç: “ABŞ Administrasiyası 300 milyonluq türk dünyasına qarşı çıxdı”

25 Aprel 2021, 08:59

“ABŞ administrasiyası erməni lobbisinin oyuncağı olmaqla, tarixi xətaya yol verdi”.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı keçmiş səfiri, diplomat Hulusi Kılıç ABŞ prezidenti Co Baydenin 1915-ci il hadisələrini soyqırımı olaraq dəyərləndirməsinə mövqe bildirərkən bunu deyib. 

 

Diplomatın fikrincə, siyasətçilərin tarixçilərin yerini tutması xəyanətdir: “Bu qərarın heç bir hüquqi əsası yoxdur. Tarix siyasət alətinə çevrilə bilməz. Bu açıqlamanın hüquqi əsası yoxdur. Təəssüf. Bu bəyanat Türkiyə-Ermənistan münasibətlərinə zərər verəcək və bölgədəki vəziyyəti daha da gərginləşdirəcək”.

 

H.Kılıç bildirib ki, ABŞ NATO-dakı müttəfiqi Türkiyəyə qarşı bu münasibətlə 300 milyonluq türk dünyasına qarşı çıxıb: “ABŞ Adminstrasiyasının bu tarixi xətadan geri çəkilməsini gözləyirik”.

 

Diplomat ABŞ rəhbərliyinin əsassız bəyanatına qarşı Azərbaycan-Türkiyə həmrəyliyindən məmnunluğunu da bildirib.

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə