Modern.az

Rusiyada koronavirusdan ölənlərin sayı rekord vurdu

Rusiyada koronavirusdan ölənlərin sayı rekord vurdu

25 Aprel 2021, 15:59

Rusiyada son sutka ərzində koronavirusa 8780 yeni yoluxma halı qeydə alınıb.

 

Modern.az yerli KİV-ə istinadən bildirir ki, bununla ölkə üzrə virusa yoluxanların sayı 4 762 569 nəfərə çatıb.

 

Rusiyada son sutkada həm də 332 pasiyent vəfat edib və pandemiya qurbanlarının ümumi sayı 108 232 nəfər olub.

 

İndiyə qədər 4 388 008 xəstə sağalıb.

 

Xatırladaq ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdədir.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə