Modern.az

\"Barselona\" səfərdə qalib gəldi

\

25 Aprel 2021, 20:27

İspaniya La Liqasının 32-ci turunda "Vilyareal" evdə "Barselona"nı qəbul edib.

 

Modern.az xəbər verir ki, matç qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Oyunda qolları "Vilyareal"ın heyətində Samuel (26-cı dəqiqə), "Barselona"nın heyətində isə Qrizman (28, 35) vurub.

 

Aktivinə 3 xal yazdıran Kataloniya klubu "Real Madrid"lə xallarını (71) bərabərləşdirib. "Vilyareal" isə 49 xalla 7-ci yerdə qalıb. Turnir cədvəlinə 73 xalla "Atletiko Madrid" başçılıq edir.

 

Qeyd edək ki, "Barselona" ardıcıl 25 oyundur ki, "Vilyareal"a məğlub olmur. Komanda sonuncu dəfə 2007/2008 mövsümündə "Vilyareal"a məğlub olub.

 

T.İSMAYIL

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə