“Qalatasaray” klubunda 3 futbolçunun koronavirus testi müsbət çıxıb.
Modern.az xəbər verir ki, bu barədə klub öz Tvitter hesabında məlumat yayıb.
Məlumatda qeyd edilib ki, bazar ertəsi günü “Qalatasaray” futbol komandasının oyunçuları, texniki heyət, inzibati və köməkçi işçilər üçün COVID-19 testi keçirilib. 3 nəfərin test nəticəsi müsbət olub. Bu gündən oyunçuların müalicə və karantin müddəti başlayıb.
Aysel Məhərrəmova