Modern.az

Ermənilərin Qarabağda cəsəd axtarışı dayandı

Ermənilərin Qarabağda cəsəd axtarışı dayandı

27 Aprel 2021, 12:43

Qarabağda erməni hərbi qulluqçulara məxsus meyit qalıqlarının axtarışı  dayandırılıb.

Modern.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.


Qeyd edilib ki, axtarış iki gündür dayandırılıb. Səbəb minanın partlaması nəticəsində iki rusiyalı sülhməramlının yaralandığı son hadisədir. 

Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçən ərazilərdə atəşkəs elan edildikdən sonra başlayan bütün axtarış zamanı ümumilikdə 1551 nəfərin cəsədi və qalıqları tapılıb.


Aysel Məhərrəmova


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə