Quba Regional Perinatal Mərkəzində Vətən Müharibəsi şəhidi Fəxrəddin Fərəcovun oğlu dünyaya gəlib.
Modern.az xəbər verir ki, doğuşdan sonra tənəffüs dəstəyi aparatına qoşulan uşağın hazırkı vəziyyəti qənaətbəxşdir, normal qidalanır və sərbəst nəfəs alır.
Şəhid övladına atasının adı verilib.
Uşağın və ananın müalicə xərcləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən qarşılanıb.