Modern.az

Rusiya qoşunlarının hərəkəti xarici təzyiqlə əlaqəli deyil - Şoyqu

Rusiya qoşunlarının hərəkəti xarici təzyiqlə əlaqəli deyil - Şoyqu

27 Aprel 2021, 15:42

“Rusiya planlarına uyğun olaraq qoşunlarını ölkə daxilində hərəkət etdirir. Burada xarici təsir ola bilməz”.

 

Modern.az xəbər verir ki, bu sözləri Rusiya Müdafiə naziri Sergey Şoyqu Düşənbədə keçirilən KTMT üzvü ölkələri Müdafiə Nazirləri Şurasının iclasında deyib.

 

Nazir həmçinin, RF Silahlı Qüvvələrinin təlimləri ilə əlaqədar Qərb ölkələrinin hücumlarına da diqqət çəkib:

 

“Bəyanatlar və manevrlərin aparılması sadəcə bizim üçün təəssüf doğurur. Bəziləri hətta Rusiyadakı hərbi fəaliyyət barədə Moskvanı “xəbərdar etməyə” çalışırdılar. Bu cür xəbərdarlıqları qəbul etmirik və sərhədlərimizin təhlükəsizliyini təmin etmək üçün lazım olan hər şeyə davam etmək niyyətindəyik”.

 

Aysel Məhərrəmova

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə