Modern.az

Arif Quliyevin videogörüntüsünü paylaşan tibb işçisi cəzalandırıldı

Arif Quliyevin videogörüntüsünü paylaşan tibb işçisi cəzalandırıldı

Aktual

27 Aprel 2021, 23:33

Sosial şəbəkələrdə və KiV-lərdə "Yeni klinika"da koronavirus xəstəliyindən müalicə alan Xalq artisti Arif Quliyevin xəstəxanadan görüntüləri yayılıb.

 

Modern.az-ın məlumatına görə, bununla bağlı "Yeni klinika"dan bildirilib ki, koronavirus xəstələrinin müalicəsi zamanı reanimasiya otağına telefonla giriş qadağandır:

 

"Amma Xalq artistimizin SİPAP aparatına qoşulmuş vəziyyətdə görüntüsünü xəstəxanada çalışan kiçik tibb işçisi çəkib və onun nüfuzlu şəxs olduğunu düşünərək paylaşıb. Bununla bağlı həmin əməkdaş ciddi cəzalandırılıb və bütün əməkdaşlara ictimai nüfuzundan asılı olmayaraq, hər hansı şəxsin foto və videosunun özünün xəbəri olmadan çəkilməsi və paylaşılmasının qadağan olması barədə xəbərdarlıq edilib".

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə