Modern.az

Goranboyda müştərilərə qəlyan təklif edən çay evi aşkarlandı

Goranboyda müştərilərə qəlyan təklif edən çay evi aşkarlandı

Aktual

27 Aprel 2021, 23:55

Goranboy rayonu ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq müştərilərə qəlyan təklif edən çay evi aşkar edilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayonun Qızılhacılı qəsəbəsindəki “Buta” çay evində müştərilərə qəlyan verildiyi məlum olub.


Xüsusi karantin qaydalarını pozan obyektin icarədarı və 2 nəfər xidmət personalı barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati protokol tərtib olunaraq məsuliyyətə cəlb ediliblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə