Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində 1/4 final mərhələsinə start verilib.
Modern.az xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov Alireza Firuzca (FIDE) ilə üz-üzə gəlib.
Təmsilçimiz 1/4 finala qələbə ilə başlayıb.
Bu raundun ikinci görüşləri bu gün baş tutacaq. Qarşılaşmaların ardından qalib müəyyənləşməsə, tay-brek oynanılacaq.
1/4 finalda qarşılaşacaqlar:
Maqnus Karlsen (Norveç) - Teymur Rəcəbov - 2:2
Şəhriyar Məmmədyarov - Alireza Firuzca (FIDE) - 3:1
Levon Aronyan (Ermənistan) - Uesli So (ABŞ) - 3:1
Le Kuanq Lyem (Vyetnam) - Hikaru Nakamura (ABŞ) - 1,5:2,5
Qeyd edək ki, Şəhriyar Məmmədyarov təsnifat mərhələsini 9,5 xalla 3-cü, Teymur Rəcəbov isə 8,5 xalla 8-ci pillədə başa vuraraq, pley-offa vəsiqə qazanıb. Ümumi mükafat fondu 100 000 ABŞ dolları olan turnirə mayın 2-də yekun vurulacaq. Qalib 30 000 ABŞ dolları qazanacaq.