Modern.az

"Çelsi" Madriddən sərfəli nəticə ilə qayıdır - Çempionlar Liqası

Aktual

28 Aprel 2021, 01:02

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib.

 

Modern.az xəbər verir ki, bu raundun ilk oyunu İspaniyada "Real Madrid"lə İngiltərənin "Çelsi" komandası arasında baş tutub. "Alfredo Di Stefano" stadionundakı qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

 

Görüşdə ilk qolu 14-cü dəqiqədə qonaqların heyətində Kristian Pulişiç vurub. 29-cu dəqiqədə isə Kərim Benzema hesabı bərabərləşdirib. Beləliklə, London klubu çətin Madrid səfərində sərfəli nəticə əldə edib.

 

Yarımfinal mərhələsinin digər matçında Fransanın PSJ və İngiltərənin "Mançester Siti" klubları üz-üzə gələcəklər. Həmin görüş aprelin 28-də olacaq.

 

Çempionlar Liqası, yarımfinal

İlk oyun

23:00. "Real Madrid" (İspaniya) - "Çelsi" (İngiltərə) - 1:1

Qollar: Kərim Benzema, 29 - Kristian Pulişiç, 14

 

Qeyd edək ki, cavab qarşılaşmaları 4-5 mayda oynanılacaq.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə