Modern.az

Siyasi dəstək 

Siyasi dəstək 

Aktual

28 Aprel 2021, 10:10

 

ABŞ prezidenti C.Bayden qondarmna “erməni soyqırımı” məsələsi lə bağlı söylədiyi fitnəkar fikirlərə qarşı, Azərbaynda fəaliyyət göstərən 48 siyasi partiya  birgə bəyanat qəbul etmişdir. Imzalanmış bəyanatda qeyd olunmuşdur ki, ermənilər tarixi saxtarklıqlar üzərində qurduqları erməni dövlətçiliyi ilə bağlı bütün dövrlərdə müxtəlif təxribatlara əl atmışlar. Son yüz ilə ərzində erməni təbliğat maşını və onun havadarları Osmanlı imperiyasında ermənilərə qarşı soyqırımı törədildiyini sübut etməyə və bütün dünyanı buna inandırmağa cəhd göstərdikləri də bəyanatda əks olunmuşdur. 

 

Qeyd olunmuşdur ki, tarixi faktlar obyektiv araşdırılarsa tarixi reallığın təhrif olunduğu görünəcəkdir. Erməniləri və onların havadarlarını da narahat edən budur. Çünki onların Türkiyəyə qarşı yürütmək istədikləri siyasətdə erməni yalanlarına geniş yer verilir. Məqsəd təzyiq və təhdid yolu ilə iqtisadi və siyasi maraqlarının təmin olunmasına nail olmaqdır.

 

Erməni təxribatçılarının əsas məqsədi “erməni soyqırımı”nı qəbul etdirməklə Türkiyədən təzminat almaqdır. Eyni zamanda,  Türkiyə ərazisinin bir hissəsinin Ermənistana verilməsi kimi cəfəng tələb və iddialar irəli sürülür. Haylar hələ də Türkiyənin qərb əyalətlərini “Qərbi Erməistan” kimi təqdim edirlər. 

 

Ermənilərin tarixi saxtalaşdırmaq siyasəti bizə tanışdır. Torpağlarımızda sığınacaq verdiyimiz ermənilər bizə qarşı da xəyanətlə məşğul olublar və təəssüf ki, onlar bu “xəstəlikdən hələ də sağala bilmirlər”.  Azərbaycana köçürülən ermənilərin son yüz il ərzində törətdikləri terror və təxribatlar nəticəsində yüz minlərlə müsəlman və yəhudilər qətlə yetrilmiş və soyqırıma məruz qalmışlar. Dünyanın “gözü” hələ də “kordur”, çünki Xocalı soyqırımını dillərinə gətirmək istəmirlər.

 

Məlumdur ki, qondarma “erməni soyqırımı” iddiası ancaq bəzi dövlətlərin siyasi maqralarına xidmət edən bir şoudur. Hər il erməilər bundan bir siyasi biznes layihəsi kimi yararlanırlar. Tarixən dövlətçiliyi olmayan hayları erməni kilsələri idarə etmişlər. Erməni keşişləri ianə topmaq və yaxşı dolanmaq üçün həmişə bu saxtakarlıqdan yararlanıblar. 

 

Dünya dövlətləri bir şeyi başa düşməlidilər ki, Türkiyəyə qarşı atılan istənilən addım, həm də bizə qarşı atılan addımdır. Azərbaycan dövləti və siyasi partiyaları qardaş türkiyənin haqlı mövqeyini dəstəkləyir və türkiyənin yanında olduğunu bildirir.

 

Çox təssüf ki, yenə də özlərini türkçü və millətçi kimi qələmə verən Azərbaycan Xalq Cəbhəsi Pertiyası və Müsavat Partiyası həmişəki kimi yenə də antimilli mövqedə durdular. Bu onların xistətinə uyğun bir addımdır. 

 

  1. Yeni Azərbaycan Partiyası - sədr müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov
  2. Vətəndaş Həmrəyliyi Partiyası - sədr Sabir Rüstəmxanlı
  3. “Ana Vətən” Partiyası - sədr Fəzail Ağamalı
  4. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası - sədr Qüdrət Həsənquliyev 
  5. Böyük Quruluş Partiyası - sədr Fazil Mustafa 
  6. Vəhdət Partiyası - sədr Tahir Kərimli 
  7. Azərbaycan Demokratik Maarifçilik Partiyası - sədr Elşən Musayev 
  8. Demokratik İslahatlar Partiyası - sədr Asim Mollazadə 
  9. Vətəndaş Birliyi Partiyası - sədr Sabir Hacıyev 
  10. Milli Cəbhə Partiyası - sədr Razi Nurullayev
  11. REAL Partiyası - sədr İlqar Məmmədov
  12. Azərbaycan Ümid Partiyası - sədr İqbal Ağa-zadə 
  13. Klassik Xalq Cəbhəsi Partiyası - sədr Mirmahmud Fəttayev 
  14. Azərbaycan Xalq Partiyası - sədr Pənah Hüseyn
  15. Azərbaycan Demokrat Partiyası - sədr Sərdar Cəlaloğlu
  16. Böyük Azərbaycan Partiyası - sədr Elşad Musayev 
  17. Vətəndaş və İnkişaf Partiyası - sədr Əli Əliyev 
  18. Azərbaycan Milli İstiqlal Partiyası - sədr Arzuxan Əlizadə
  19. Ağ Partiya - sədr Tural Abbaslı
  20. “Ədalət” Partiyası - sədr İlyas İsmayılov 
  21. Milli Dirçəliş Hərəkatı Partiyası - sədr Fərəc Quliyev 
  22. Müasir Müsavat Partiyası - sədr Hafiz Hacıyev 
  23. Azad Demokratlar Partiyası - sədr Sülhəddin Əkbər 
  24. Azərbaycan Liberal Demokrat Partiyası - sədr Fuad Əliyev 
  25. “Milli Vəhdət” Partiyası - sədr Yunus Oğuz
  26. Aydınlar Partiyası - sədr Qulamhüseyn Əlibəyli 
  27. Azərbaycan Naminə Alyans Partiyası - sədr Abutalıb Səmədov 
  28. Azərbaycan Sosial Demokrat Partiyası - sədr Araz Əlizadə 
  29. Yeni Zaman Partiyası - sədr Musa Ağayev 
  30. Azərbaycan Sosial Rifah Partiyası - sədr Əsli Kazımova
  31. Cümhuriyyət Xalq Partiyası - sədr Bədrəddin Quliyev
  32. Müstəqil Xalq Partiyası - sədr Əflan İbrahimov
  33. “Birlik” Partiyası - sədr Xudadat Xudiyev
  34. Vahid Azərbaycan Milli Birlik Partiyası - sədr Hacıbaba Əzimov
  35. Milli Həmrəylik Partiyası - sədr Əlisahib Hüseynov
  36. Azərbaycan Respublikaçılar Partiyası - sədr Sübut Əsədov  
  37. Azərbaycan Azad Respublikaçılar Partiyası - sədr Kamil Seyidov 
  38. Azadlıq Partiyası - sədr Əhməd Orucov 
  39. Azərbaycan Təkamül Partiyası - sədr Teyyub Qənioğlu
  40. Azərbaycan Milli Demokrat Partiyası - sədr Tufan Kərimov 
  41. Azərbaycan Liberal Partiyası - sədr Əvəz Temirxan
  42. “Qorqud” Partiyası - sədr Firudin Kərimov
  43. Milli Demokrat İdrak Partiyası - sədr Osman Əfəndi
  44. Milli Konqres Partiyası - sədr İxtiyar Şirinov
  45. Gələcək Azərbaycan Partiyası - sədr Ağasif Şakiroğlu
  46. Sosial Ədalət Partiyası - sədr Mətləb Mütəllimov 
  47. Azərbaycan Kommunist Partiyası - Hacı Hacıyev, Rauf Qurbanov
  48. “Azərbaycan Mübarizləri” Partiyası - sədr müavini Səadət Müslümova

 

 

Tamerlan Əkbərov

Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və ictimai işlər xidmətinin rəhbəri,

Nərimanov Bələdiyyəsinin komissiya sədri,  fəal gənc 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə