Modern.az

Bakıda avtobuslarla gündə 2 milyondan çox sərnişin daşınır - RƏSMİ

Bakıda avtobuslarla gündə 2 milyondan çox sərnişin daşınır - RƏSMİ

Aktual

28 Aprel 2021, 11:24

“2015-ci ildən bugünədək ölkəyə 968 avtobus gətirilib. Bunların 724-ü dövlət, 244 ədədi isə özəl daşıyıcılar tərəfindən alınıb”.

 

Modern.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyininn  (BNA) İdarə heyətinin sədri Vüsal Kərimli bildirib.

 

V.Kərimli qeyd edib ki, 2020-ci ildə pandemiya səbəbindən metro bağlı olduğundan, əsas yük avtobusların üzərinə düşüb:

BNA rəsmisi deyib ki, avtobuslarla gündəlik 2 milyon 200 səfər edən sərnişin daşınır.

 

O həmçinin qeyd edib ki, daha 320 avtobusun ölkəyə gətirilməsi nəzərdə tutulub ki, bunlardan bəziləri 9 metrlik, bəziləri 18 metrlik olacaq:

“Həmin avtobuslar qəsəbələrarası daşımlarda istifadə olunacaq. Ümumilikdə 5 il ərzində 1680 avtobus təmir edilib. Eyni zamanda, pandemiyaya baxmayaraq, ötən il 119 avtobus yenilənib. 115-i dövlət hesabına, 4-ü özəl daşıyıcılar hesabına alınıb”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə