Modern.az

Müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı AÇIQLAMA

Müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı AÇIQLAMA

Aktual

28 Aprel 2021, 11:28

Müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı ictimaiyyətin fikrinin öyrənilməsi, həmçinin prosesin təkmilləşdirilməsi məqsədi ilə sorğu keçirilib.

 

Təhsil Nazirliyindən Modern.az-a bildirilib ki, ictimai rəy öyrənildikdən sonra hazırda müəllim vəzifəsində çalışan şəxslərin yeni tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində iştirakı üçün şərait yaradılmasına qərar verilib. Həmçinin, müsabiqənin test imtahanı mərhələsinin regionlarda təşkili və vakansiya seçimi zamanı imtahan nəticələrinin toqquşması hallarında ötən ildə tətbiq olunan əmsalların cari ildə də tətbiqi nəzərdə tutulub.

 

Qeyd edək ki, namizədlərin imtahan nəticələri bir tədris ili ərzində qüvvədə qalacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə