“2015-ci ildən bu günə qədər ilk müasir qaraj “BakuBus” istifadəyə verilib. Həmin dövrə qədər avtobusların bir çoxları yol kənarında saxlanılır, texniki baxışları olmurdu, sürücülərin əmək müqaviləsi ilə işləməsi təmin olunmurdu”.
Modern.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.
O bildirib ki, avtobusların saxlanılması, normal xidmət göstərilməsi üçün “BakuBus” qarajları müasir tələblərə uyğun tikilib:
“Bu qarajlarda təmir, yuma, yanacaqdoldurma məntəqəsi var. Bu prinsip ətraf mühitə təsirin azaldılması üçün vacibdir.
Ümumilikdə ötən dövrdə 36 qaraj istifadəyə verilib. "Bunlardan 2 qaraj dövlətin, 9 qaraj işə daşıyıcı şirkətlərindir”.
BNA rəsmisi qeyd edib ki, qarajların istifadəyə verilməsi yeni iş yerlərinin, yəni bacarıqların yaradılması baxımından vacibdir.