Modern.az

Azərbaycanda iki yeni dövlət qoruğu yaradılacaq

Azərbaycanda iki yeni dövlət qoruğu yaradılacaq

Aktual

28 Aprel 2021, 11:15

Azərbaycanda iki yeni dövlət qoruğu yaradılacaq.

 

Modern.az-ın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib. O bildirib ki, Palçıq Vulkanları Dövlət Təbiət Qoruğunun bazasında geoloji park yaradılacaq.

 

Həmin parkda təsərrüfat fəaliyyəti mümkün olacaq:

 

"Parka turistlərin gediş gəlişinə şərait yaradılacaq".

 

Nazir müavini deyib ki, həmçinin Almaniya Ətraf Mühit Fondunun dəstəyi ilə Zaqatala Dövlət Qoruğunun bazasında Balakən-Zaqatala Biosfer Rezervatı yaradılacaq. Bu rezervat qoruqdan aşağı, milli parkdan yuxarı statusa malik olacaq:

 

"Qurumun ümumilikdə ərazisi Zaqatala və Balakən rayonlarının yüksək dağ massivlərinin əhatə edəcək".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə