Modern.az

Hindistan koronavirusa təslim olur

Hindistan koronavirusa təslim olur

28 Aprel 2021, 12:19

Hindistanın paytaxtı Dehlidə COVİD-19-dan ölüm sayının artması səbəbiylə ölülərin yandırmaq üçün istifadə olunan krematoriyalar çatışmır. İnsanlar ölmüş qohumlarını yandırmaq üçün saatlarla növbə çəkirlər.

 

Modern.az xəbər verir ki, bu barədə BBC-nin paytaxt Dehlidəki müxbiri Vikas Pandey bildirib. Müxbir həmçinin, şəhərdəki xəstəxanaların yükünün  çox olduğunu və insanların ümidsizliyə qapıldığını bildirib.

 

Qeyd edək ki, ölkədə cəmi 3-4 gündə aşkarlanan yoluxmanın sayı 1 milyonu keçib.

 

Aysel Məhərrəmova

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə