Modern.az

Köhnə maşınlara taksi faəiyyəti üçün icazə verilmir...

Köhnə maşınlara taksi faəiyyəti üçün icazə verilmir...

28 Aprel 2021, 12:28

“Bu gün fərqlənmə nişanı almadan, tələblərə cavab vermədən, köhnə nəqliyyat vasitələrinə taksi işarəsi qoyan taksilərin fəaliyyətinə icazə verilmir”.

 

Modern.az az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

 

BNA rəsmisi qeyd edib ki, taksi fəaliyyəti göstərən nəqliyyat vasitəsinin  içərisində taksimetriya, sərinkeş, arakəsmə, tələb olunan rəng olmalıdır:


“Yeni gətirilmiş qırmızı “London” taksiləri istifadə oluna bilər. Çünki həm texniki cəhətdən, həm də təhlükəsizlik cəhətdən tələblərə uyğundur”.

 

"Bakıda 35-40 min qanunsuz taksi fəaliyyət göstərir. Tıxacların səbəblərindən biri də bu cür qanunsuz, 1 manatlıq taksilərin fəaliyyətidir. Qanunvericilikdə o hissədə boşluq var. Onların cərimələnməsi ilə bağlı Bakı Nəqliyyat Agentliyinin səlahiyyəti mövcud deyil, biz məlumatlandırma rolunu oynayırıq. Bununla əlaqədar təkliflər verilib, yaxın zamanlarda dəqiq bilinəcək”.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə