Modern.az

Şənbə-bazar ictimai nəqliyyat işləyə bilər? - BNA sədrindən AÇIQLAMA

Şənbə-bazar ictimai nəqliyyat işləyə bilər? - BNA sədrindən AÇIQLAMA

28 Aprel 2021, 12:54

“Pandemiya dövründə şənbə və bazar günləri  ictimai nəqliyyatın işləməməsi onun fəaliyyətinə ciddi təsir göstərir. Lakin Operativ Qərargaha təklif vermə hüquqi bizdə deyil. Ona görə bu haqda bir söz deyə bilmərik, buna müəyyən hesablamalara əsasən qərar verilir”.

 

Modern.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.

 

BNA rəsmisi qeyd edib ki, ictimai nəqliyyatın müəyyən saatlarda işləməsi həmin saatlarda sıxlıqlar yarada bilər:

“Məsələn, şənbə və bazar günləri ictimai nəqliyyat 20:00-a qədər işləyərsə, o zaman 18:00-20:00 aralığında əhalinin sıxlığı yarana bilər. Ya ictimai nəqliyyat işləməlidir, əhalidə rahatlıq olmalıdır ya da işləməməlidir. Bizim yanaşma belədir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə