"Bakı Kart"ın balansını onlayn artırmaq bu ilin sonuna qədər həyata keçiriləcək.
Modern.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin sədri Vüsal Kərimli deyib.
Onun sözlərinə görə, ötən il ərzində bu işin həyata keçirilməsi nəzərdə tutulurdu:
"Lakin pandemiyaya görə yubandı. Bu il yekunlaşdırmağa çalışırıq".