Martın 27-də İspaniyanın Barselona şəhərində təcrübə konserti keçirilib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, konsertin nəticələrinə görə, orada iştirak edən 5 min nəfərdən heç kimdə virus aşkarlanmayıb.
Konsert salonun girişində musiqisevərlərin hamısının hərarəti ölüçülüb. “COVID-19” testi pozitiv çıxanları və hərarəti 37,5 olan iştirakçıları konsertə buraxmayıblar.
Qeyd edək ki, Barselona Bələdiyəsi və Katalonya Muxtar rəhbərliyi bu tip layihələrə dəstək verəcəklərini açıqlayıb.
Nəzrin Vahid