Qax rayonunun Zəyəm kəndindəki qəbiristanlığın ərazisində ağacların kəsilməsil ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil
olan şikayət yerində araşdırılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı fakt təsdiqini tapıb, Qax rayonu
Zəyəm bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində 3 ağacın kəsildiyi və təbiətə 6600 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Qax rayon Prokurorluğuna göndərilib.