Modern.az

Azərbaycanda benzin istehsalı azalıb

Azərbaycanda benzin istehsalı azalıb

28 Aprel 2021, 20:59

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda avtomobil benzininin istehsalı azalıb.

 

Modern.az xəbər verir ki, qeyd olunan müddət ərzində avtomobil benzininin istehaslı 28,0 faiz azalıb. Bundan əlavə, neft məhsullarından sürtkü yağlarının istehsalı 2,3 dəfə, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 64,9 faiz, neft koksunun istehsalı 9,3 faiz artıb, dizel yanacağının istehsalı 1,7 faiz, neft bitumunun istehsalı 17,8 faiz, ağ neftin istehsalı 29,4 faiz, yanacaq mazutunun istehsalı 67,8 faiz azalıb.

 

Ümumilikdə, hesabat dövründə neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 810,3 milyon manat olmaqla, əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə 13,0 faiz azalıb (trend).

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə