Modern.az

Tovuzda domino üstə qan düşdü

Tovuzda domino üstə qan düşdü

28 Aprel 2021, 22:44

Tovuzda bıçaqlanma hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Qovlar şəhərində qeydə alınıb.

 

1977-ci il təvəllüdlü Qasımov Rəhim Şəhriyar oğlu ilə 1977-ci il təvəllüdlü Həsənov Şaban Şirin oğlu arasında çayxanada domino oyunu zamanı mübahisə baş verib. Bu zaman Həsənov Şaban Qasımov Şəhriyara bıçaq xəsarəti yetirib. Şəhriyar isə Şabanı küt alətə xəsarət yetirib. 

Hər ikisi xəstəxanaya yerləşdirilib. 

Qasımov Şəhriyar əməliyyat olunub. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir. 

 

Faktla bağlı araşdırma aparılır (apa).

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə