Modern.az

PSJ ingilislərlə bacarmadı - Çempionlar Liqası

PSJ ingilislərlə bacarmadı - Çempionlar Liqası

29 Aprel 2021, 01:00

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin digər oyunu keçirilib.

 

Modern.az xəbər verir ki, Fransada PSJ ilə qarşılaşan İngiltərənin "Mançester Siti" komandası 2:1 hesablı əzmkar qələbə qazanıb.

 

Matçda hesabı meydan sahibləri açıblar. Markinyos 15-ci dəqiqədə komandasını önə çıxarıb. İlk hissə Paris təmsilçisinin minimal üstünlüyü ilə başa çatıb. İkinci yarıya daha yaxşı başlayan qonaqlar 64-cü dəqiqədə Kevin De Bröyne, 7 dəqiqə sonra isə Riyad Mahrezin vurduğu qollarla hesabı öz xeyrinə dəyişib. 77-ci dəqiqədə PSJ-nin heyətdində İdrissa Geye qırmızı vərəqə alaraq, meydandan qovulub. Beləliklə, səfərdə qələbə qazanan "şəhərlilər" cavab matçı öncəsi böyük üstünlük əldə edib.

 

UEFA Çempionlar Liqası, yarımfinal

İlk oyun

23:00. PSJ (Fransa) - "Mançester Siti" (İngiltərə) - 1:2

Qollar: Markinyos, 15 - Kevin De Bröyne, 64, Riyad Mahrez, 71

Qırmızı vərəqə: İdrissa Geye, 77 (PSJ)

 

Qeyd edək ki, yarımfinal mərhələsinin ilk oyununda İngiltərənin digər klubu "Çelsi" İspaniyada "Real Madrid"lə heç-heçə edib - 1:1. Komandalar arasında cavab qarşılaşmaları 4-5 mayda oynanılacaq.

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə