Modern.az

Bu qəsəbədə avtomobillərin hərəkəti MƏHDUDLAŞDIRILACAQ

Bu qəsəbədə avtomobillərin hərəkəti MƏHDUDLAŞDIRILACAQ

29 Aprel 2021, 10:30

Paytaxtın Yeni Günəşli qəsəbəsinin Mərkəzi küçəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq Abbas Fətullayev küçəsinin Mərkəzi küçəsi ilə kəsişməsinə qədər avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.

 

Modern.az BNA-ya istinadən xəbər verir ki, bu səbəbdən 36, 50 və 104 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilərək məhdudiyyətə uyğun alternativ küçələrdən təşkil ediləcək.

 

Qeyd edilir ki, A.Fətullayev küçəsinin öncədən təmir-tikinti işləri aparılan hissəsində işlər yekunlaşdığı üçün hərəkət bərpa edilib. 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə