Modern.az

MTK-nın direktoruna cinayət işi açıldı

MTK-nın direktoruna cinayət işi açıldı

Aktual

29 Aprel 2021, 11:36

Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi-1 ünvanında tikinti işlərinin aparılması üçün hasara alınmış ərazidə ağacların qanunsuz kəsilməsi  ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) daxil olmuş material üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

 

Baş Prokurorluqdan Modern.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla, həmin ərazidə tikinti işləri aparan “Proqress-2016” MTK-nın direktoru Emil Səməndərovun  qulluq mövqeyindən və vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi müəyyənləşib. Belə ki, E.Səməndərovun tikinti aparılması üçün əlverişli şərait yaratmaq məqsədilə qeyd edilən ünvanda yerləşən torpaq sahəsində  mövcud olmuş, meşə fonduna daxil olmayan 12 ədəd ağacın qanunsuz kəsilməsinə göstəriş verməsi nəticəsində dövlətin qanunla qorunan mənafelərinə ümumilikdə 9 min 800 manat məbləğində ziyan vurmasına əsaslı  şübhələr yaranıb.

 

Faktla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 259.2.4 (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə)  və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə həvalə edilib.

 

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə