Modern.az

Peyvənd olunan pensiyaçılara pulsuz yumurta veriləcək

Peyvənd olunan pensiyaçılara pulsuz yumurta veriləcək

29 Aprel 2021, 13:28

Rusiyanın Xabarovsk diyarında Pasxa bayramı ərəfəsində koronavirusa qarşı peyvənd olunan pensiyaçılara pulsuz yumurta veriləcək.

 

Modern.az-ın məlumatına görə, bu barədə diyarın Səhiyyə Nazirliyi bildirib.

 

Qeyd olunur ki, aprelin 29-30-da peyvənd olunacaq 60 yaşdan yuxarı şəxslərə 10 yumurta təqdim olunacaq.

 

Aksiya yerli quşçuluq müəssisəsinin dəstəyi ilə keçirilir.

 

Ümumilikdə peyvəndləmə məntəqələrində 1400 pensiyaçıya yumurta veriləcək

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə