Modern.az

\"Azəri-Çıraq-Günəşli\" blokunda hasilat azalıb

\

29 Aprel 2021, 13:48

2021-ci ilin birnci rübündə "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda hasilatın həcmi gündə orta hesabla 484 min barel təşkil edib.

Modern.az bu barədə "BP Azerbaijan" şirkətinin hesabatına istinadən məlumat verir.

 

Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin birinci rübündə AÇG-də sutkalıq hasilat həcmi orta hesabla 524 min barel olub.

Hesabatda deyilir: "İlin birinci rübü ərzində AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. Rüb üçün AÇG-dən ümumi hasilat – Çıraq (30 000), Mərkəzi Azəri (112 000), Qərbi Azəri (130 000), Şərqi Azəri (79 000), Dərinsulu Günəşli (89 000) və Qərbi Çıraq (44 000) platformalarından birlikdə – gündə orta hesabla 484 000 barel və ya ümumilikdə təxminən 44 milyon barel, yəni 6 milyon ton olub".

 

Birinci rübün sonunda AÇG-də ümumilikdə 133 neft hasilat quyusu, 45 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə