Modern.az

"Qarabağ" "Zirə" ilə bacarmadı

Aktual

4 May 2021, 20:05

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXV turunda "Qarabağ" "Zirə"ni qəbul edib.

 

Modern.az xəbər verir ki, matç 1:1 hesabı ilə yekunlaşıb.

 

"Zirə"nin heyətində Fakundo Melivilo 17-ci dəqiqədə hesabı açıb. 19-cu dəqiqədə isə Abdullah Zubir tarazlığı bərpa edib.

 

Bu nəticədən sonra lider "Qarabağ" xallarının sayını 51-ə çatdıraraq, ikinci sıradakı "Neftçi" ilə xal fərqi birə endirib. "Zirə" isə 34 xalla üçüncü spilləyə yüksəlib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə