Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 644 mindən çox artıb.
Modern.az-ın "TASS"a istinadən məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.
Məlumata əsasən, ötən sutka ərzində 644 685 nəfər yeni koronavirusa yoluxub, 10 501 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 153 187 889, ölənlərin isə 3 209 109 nəfərə çatıb.
Qeyd edək ki, ÜST-ün hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.