Modern.az

Abşeronda mağaza YANDI

Abşeronda mağaza YANDI

5 May 2021, 09:24

Abşeron rayonunda mağazada yanğın hadisəsi olub.

 

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, rayonun Mehdiabad qəsəbəsində ümumi sahəsi 374 m² olan mağazada rəflərə yığılan təsərrüfat malları 1 m² sahədə yanıb. Mağaza yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə