Modern.az

Polis Bakıda ziyankarları saxladı - VİDEO

Polis Bakıda ziyankarları saxladı - VİDEO

Aktual

5 May 2021, 09:55

“Bir neçə gün əvvvəl marketlərin birində qida məhsullarını qəsdən yararsız hala salıb və bunu mobil telefon vasitəsilə çəkib sosial şəbəkələrdə paylaşanların şəxsiyyəti müəyyən edilib”.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Zeyni Hüseynov məlumat verib.

 

O qeyd edib ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin şəxslərin Bakı şəhər sakinləri Rüstəm Orucov və Xəyalə Vəliyeva olduqlarları məlum olub:

 

“Onlar polis orqanına gətirilib və həmin şəxslərlə profilaktiki söhbətlər aparılıb, o cümlədən mağazaya dəymiş maddi ziyan ödətdirilib.

Rüstəm Orucov və Xəyalə Vəliyeva törətdikləri əməldən peşiman olduqlarını bildiriblər”.

 
Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə