Modern.az

Koronavirusa ən çox yoluxma olan rayonlar - SİYAHI

Koronavirusa ən çox yoluxma olan rayonlar - SİYAHI

Aktual

5 May 2021, 10:23

Bakı şəhəri üzrə COVID-19 virusuna yoluxma statistikası dəyişməz qalıb.

 

Modern.az koronavirusinfo.az saytına istinadən xəbər verir ki, bundan əvvəlki göstəricilərdə paytaxtda yoluxma 54.2 faiz idisə, hazırda faiz göstəricisi eynidir.

 

Sonrakı yerlərdə 12.9 faizlə Abşeron, 12 faizlə Aran, 7.3 faizlə Gəncə-Qazax, 4.2 faizlə Şəki-Zaqatala, 3.1 faizlə Quba-Xaçmaz, 2.4 faizlə Lənkəran, 2.4 faizlə Dağlıq Şirvan, 1.4 faizlə Yuxarı Qarabağ qərarlaşıb.

 

Ölkə üzrə ən aşağı yoluxma Naxçıvan Muxtar Respublikasındadır. Ötən statistikada Muxtar Respublikada yoluxma faizi 0.4 faiz olsa da, hazırda 0.3 faiz təşkil edir.

 

Rəsmi məlumata görə, ölkə xairicində yoluxanlar ümumi yoluxanların 0.3 faizini təşkil edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə